20 mart Ümumdünya Yer Günüdür

20.03.2018

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-si Ümumdünya Yer Günüdür. Ümumdünya Yer Günü 1971-ci ildə elan olunub, hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir. Yer gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd edilməyə başlanılıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Hazırda dünyanın 192 ölkəsində Yer Günü fərqli aksiyalarla yadda qalır – konfranslar, sərgilər, böyük şəhərlərin magistral yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, abadlıq, təmizlik işlərinin aparılması, ağac əkilməsi. Ümumdünya Yer Günü ətraf mühitin qorunmasına yönəlmiş beynəlxalq tədbirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir