Ağdamda 6 bala yaxın gücdə zəlzələ baş verib

16.11.2017

16 noyabr, AZƏRTAC

Noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, ocağı 25 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, yaxınlıqdakı yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir