HAQQIMIZDA

“T.T.Ş.-İNŞAAT” MMC

office -3                                             Bizim tariximiz

1992
“TTŞ-İnşaat” kooperativi yaradılmışdır. Kooperativin əsas fəaliyyəti tikinti materiallarının alınması və satışı idi.

1997
Kooperativ əsasında “TTŞ-İnshaat” kiçik müəssisəsi yaradılıb.
Azərbaycan xalqının Ümümmilli lideri möhtərəm Heydər Əliyevin və Azərbaycan Respublikasının gələcək Prezidenti cənab İlham Əliyevin azad sahibkarlığın müstəqil və perspektiv inkişafına göstərdiyi dəstək sayəsində, şirkətimiz bir çoxları kimi, ölkənin tikinti bazarında layiqli yer tuta bilib.

2004
“TTŞ-İnşaat” MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi Baki Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

2017
“TTŞ-İnşaat” MMC Azərbaycan Respublikasının tikinti səhəsinin liderlərindən biridir.

Bizim prinsiplərimiz

Peşəkarlıq – öz işini dərindən bilmək və böyük mütəxəssislər qrupu ilə yaxşı əlaqəli işləmək; şirkətin tam olaraq daimi müasirləşməsi və hər bir işçinin ayrı-ayrılıqda təkmilləşdirilməsi.
Keyfiyyət – kompromissiz! bütün obyektlərimizdə yüksək tikinti standartlarına riayət etmək;
Səmərəlilik – kompleks tikinti işlərini vaxtında müəyyən edilmiş müddətdə və resursların optimal şəkildə istifadə edilərək yerinə yetirilməsi.
Dürüstlük – özünə, tərəfdaşlarına və müştərilərinə hörmət; dünya biznes standartlarına uyğun işləmək; öz öhdəliklərinə məsuliyyətlə və vicdanla yanaşmaq;

ƏSAS MÜŞTƏRİLƏRİMİZ

– Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentlik;
– Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu;
– Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi;
– Azərbaycan Respublikası Müdafiə Nazirliyi;
– Azərbaycan Respublikası Ədliyyə Nazirliyi;
– Azərbaycan Respublkası Təhsil Nazirliyi;
– Azərbaycan Respublkası Səhiyyə Nazirliyi;
– “AZƏRSU” ASC;
– Avropa Birliyi;
– Dünya Bankı;
– İslam İnkişaf Bankı;
– Səudiyyə İnkişaf Fondu

Ölkə daxilində “TTŞ-İnşaat” MMC-nin minlərlə mütəxəssisinin gücünə əsasən, strateji əhəmiyyətə malik obyektlər tikilib, onlardan:
– məcburi köçkünlər üçün məskunlaşma yerləri;
– yaşayış evləri;
– məktəblər;
– Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün obyektlər;
– Ölkənin 24 şəhərində maliyyə institutlarının inzibati binaları;
– Olimpiya kompleksləri;
– Yol şəbəkələri;
– Su boruları və qaz boru kəmərləri;
– Su təmizləyici qurğular;
– Elektrik şəbəkəsi;
– Drenaj və kanalizasiya sistemləri.

Şirkət həmçinin təmir-bərpa və yenidənqurma işləri ilə məşğuldur, bunlar arasında:
– Azərbaycan Dövlət Neft Akademiyasının tədris binalarının yenidənqurulması və təmiri;
– Azərbaycan Texniki Universitetinin təmiri;
– Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yenidən qurulması;
– inzibati binaların yenidən qurulması;
– fərdi evlərin yenidən qurulması;
– Yaşayış binalarının bərpası və tikinti işləri.

Həmçinin Azərbaycan Respublikasının səfirlik kompleksləri tikilib:
– Tbilisi şəhəri, Gürcüstan Respublikası;
– Minsk şəhəri, Belarus Respublikası;
– Astana şəhəri, Qazaxıstan Respublikası;

Biz böyük və gözəl Azərbaycan ölkəsinin yenidən qurulmasında fəal iştirak edirik!