Kamran Əliyev: "Tikinti şirkətləri ilə bağlı 11 cinayət işi məhkəmələrə göndərilib"

17.01.2018

17 yanvar, 2018

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 35 vəzifəli şəxs barəsində cinayət işini məhkəmələrə göndəriib”.

Bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, tikinti ilə bağlı 11, icra hakimiyyətləri ilə bağlı 5, bələdiyyələrlə bağlı isə bir neçə iş məhkəmələrə göndərilib: “Banklarla bağlı 22 iş məhkəmələrə göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir