Oğuz-Qəbələ su xətti layihəsi

Haqqında:

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası “TTŞ İnşaat” MMC tərəfindən yerinə yetirilir. Layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılmışdır. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcəkdir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin – ümumilikdə 19 min 739 nəfərin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulmuşdur. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını