XƏBƏRLƏR

Prezident İlham Əliyev: 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib

2018-10-09

Bakı, 9 oktyabr, AZƏRTAC

2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitər […]

Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənəli qeyd olundu

2018-09-21

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. İclasda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə hər kəsi təbrik edib. Sədr təntənəli iclasda iştirak etdiklərinə görə xarici ölkələrin parlamentlərinin və beynəlxalq təşkilatların n […]

Bakıda cüdo üzrə dünya çempionatına start verilir

2018-09-20

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu gün Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatına start veriləcək. Sentyabrın 27-dək davam edəcək çempionatda 129 ölkədən 800-dən çox cüdoçu mübarizə aparacaq. Yarışın ilk günündə 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxacaqlar. Ölkəmizi bu çəki dərəcəsində Orxan Səfərov, Kəramət Hüseynov və Ai […]

Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub

2018-09-19

Sürix, 19 sentyabr, AZƏRTAC

İsveçrə-MDB Birgə Ticarət Palatasının və Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə Sürix şəhərində “Yeni İpək Yolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, İsveçrənin yükdaşımalarla məşğul olan logistika şirkətlərinin 100-ə yaxın nümayəndəsi iştirak edib. “Azərbaycan Dəmir Yolları (ADY) Konteyner” MMC-nin direktoru Natiq Cəfərov çıxışında Az […]

Azərbaycan məhsulları Parisdə nümayiş etdiriləcək

2018-09-10

Bakı, 10 sentyabr

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 10-da keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında oktyabrın 21-25-də Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb. Nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə qida məhsullarının istehsal […]

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

2018-08-20

Bakı, 20 avqust, AZƏRTAC

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə Qurban mərasiminin Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdar olduğu bildirilir. Dövlətimizin başçısı qeyd edir ki, bu mübarək bayram […]

“Azərsu” 6 ayın yekununa dair hesabat verdi

2018-07-27

27 iyul 2018-ci il

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin birinci yarımilində ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət […]

İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb

2018-07-19

Bakı, 19 iyul, AZƏRTAC

İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırılıb, Azərbaycan isə İtaliyaya 135 milyon dollar investisiya qoyub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ilə görüşündə deyib.

Görüşdə Şahin Mustafayev Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və iqtisadi əməkdaşlığımızın […]

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür

2018-06-26

Bakı, 26 iyun, AZƏRTAC

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini z […]

Yaxın günlərdə Kiyevdə Azərbaycan Ticarət Evinin açılış mərasimi olacaq

2018-06-12

Kiyev, 12 iyun, AZƏRTAC

İyunun 22-də Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Ticarət Evi açılacaq. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Məlumata görə, Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün Azərbaycandan rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə həyəti gedəcək. Açılış mərasimində Azərbaycanın şərab və digər məhsulları təqdim ediləcək.

Azərbaycan Ticarət Evinin açılış m […]