XƏBƏRLƏR

Yüksək marağa səbəb olan sərgi – “AITF-2018”

2018-04-07

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (“AITF-2018”) başa çatıb.

“Bütün dünya. Bir sərgi” şüarı ilə keçirilən “AITF-2018” sərgisi dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edərək, işgüzar turizm “qovşağı” kimi nüfuzunu bir daha təsdiq etdi. Peşəkarların görüşdükləri bu məkan həm də müqavilələrin imzalanması və perspektivli biznes planlarının qurulmas […]

Prezident İlham Əliyev Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb

2018-03-26

Bakı, 26 mart, AZƏRTAC

Prezident İlham Əliyev martın 26-da “Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. On üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsünd […]

Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib

2018-03-26

Bərdə, 26 mart, AZƏRTAC

Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Mədəniyyət Mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.

Dövlətimizin […]

20 mart Ümumdünya Yer Günüdür

2018-03-20

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-si Ümumdünya Yer Günüdür. Ümumdünya Yer Günü 1971-ci ildə elan olunub, hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir. Yer gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd edilməyə başlanılıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz […]

Bu gün İlaxır çərşənbədir

2018-03-20

Bakı, 20 mart, AZƏRTAC

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə – Torpaq çərşənbəsidir.

İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o […]

VI QLOBAL BAKI FORUM keçirilir

2018-03-15

 Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Y […]

Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunur

2018-03-07

Regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması ilə paralel olaraq, respublika əhəmiyyətli yolların da əsaslı şəkildə bərpası  geniş vüsət alıb. Bu cür yollardan biri də Salyan və Neftçala rayonlarını birləşdirən […]

Xocalı faciəsindən 26 il ötür

2018-02-26

Bakı, 26 fevral, AZƏRTAC

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərind […]

Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib

2018-01-23

Bakı, 23 yanvar, AZƏRTAC

ABŞ-ın “U.S. News & World Report” jurnalı 2018-ci il üçün dünyanın ən yaxşı ölkələrinin siyahısını dərc edib. Azərbaycan reytinqdə beş pillə irəliləyib. Ölkəmiz reytinq cədvəlində 2017-ci ildəki 69-cu yerdən 64-cü yerə yüksəlib. Cədvəldə liderlər demək olar dəyişməyib: ilk beş yeri İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutub. Reytinq ekspertlərin 36 ölkədən 21 min nəfər […]

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

2018-01-20

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi. Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölk […]