Yüksək marağa səbəb olan sərgi - “AITF-2018”

7.04.2018

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (“AITF-2018”) başa çatıb.

“Bütün dünya. Bir sərgi” şüarı ilə keçirilən “AITF-2018” sərgisi dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edərək, işgüzar turizm “qovşağı” kimi nüfuzunu bir daha təsdiq etdi. Peşəkarların görüşdükləri bu məkan həm də müqavilələrin imzalanması və perspektivli biznes planlarının qurulması üçün geniş platformaya çevrilib.

“AITF-2018” sərgisi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Sərgi həmişəki kimi ölkə rəhbərliyinin turizm sənayesinə göstərdiyi böyük diqqəti əks etdirir. Aprelin 6-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Ekspo Mərkəzində XVII Azərbaycan beynəlxalq turizm və səyahətlər və XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar (“HOREX Caucasus-2018”) sərgiləri ilə tanış oldular. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya hər iki sərginin potensialı barədə məlumat verdi.

Sərgidə 90-dan çox turizm istiqaməti, habelə turizm sahəsində digər xidmət növlərini təqdim edən şirkətlər, inkişaf edən səhiyyə və sağlamlıq turizmi üzrə şirkətlərin təklifləri ilə ziyarətçiləri heyrətləndirən 13 milli və regional ekspozisiya iştirak edirdi. Turizm sənayesinin peşəkarları sərginin ziyarətçiləri və dəvət edilmiş qonaqlar arasında müxtəlif ölkələrdən olan köhnə tərəfdaşları və dostları ilə görüşərək, bu barədə jurnalistlərə məlumat verdilər. Müvafiq işgüzar münasibətlərin qurulmasını təmin edən və dəstəkləyən bu tədbir öz aktuallığını qoruyub saxlayır və uğurla inkişaf edir, bu, danılmaz həqiqətdir.

Sərginin digər mühüm komponenti isə son illərdə beynəlxalq arenada ciddi şəkildə artan nüfuzudur. “AITF” sərgisinin təşkilatçılarının qərargahına artıq ikinci iş günündən etibarən gələn il də sərgi ilə əməkdaşlığı davam etdirmək istəyən tədbirin daimi iştirakçıları və debütantlarından bir çox ərizə daxil olub. Belə nikbin proqnoz turizm sahəsinin bu qlobal tədbirinə göstərilən ən yüksək səviyyəli etimadla xarakterizə olunur. Buna görə də “AITF” sərgisi hər il Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFI”) tərəfindən keyfiyyət nişanına layiq görülür.

Sərginin işgüzar proqramı və onu müşayiət edən tədbirlər “AITF”in “vizit kartı”nın formalaşmasının və iştirakçıların öz işlərində maksimum səmərəliliyə nail olmaq arzusu ilə ifadə olunan sosial təminatının mühüm amilinə çevrilib. Seminarlar və işgüzar müzakirələr, B2B formatlı mötəbər seminar və turizm sənayesinin perspektivli inkişafı proqramlarının mübadiləsi – bütün bunlar eyni düşüncə tərzinə malik olan böyük beynəlxalq kollektivin fəaliyyətinin gözlənilən nəticələrinə çevrilib.

Şübhəsiz ki, bir çox dünya ölkələrindən gələn qonaqların diqqətlə planlaşdırdıqları əyləncə proqramı belə gərgin fəaliyyət fonunda sərgini daha səmərəli müşayiət edib. Stendlərin işi zamanı nəhəng pavilyon qonaqları və ziyarətçiləri müxtəlif ölkələrin xalqlarının çoxsaylı mahnı və rəqsləri ilə sevindirib. Türkiyə, Rusiya, İtaliya, Azərbaycan və digər ölkələrin kollektivləri multikulturalizm layihələrinə öz töhfələrini verib və əlbəttə ki, bu, tamaşaçılar və dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Daxili turizmin uğurlu inkişaf layihələri ənənəvi olaraq mütəxəssislər tərəfindən yerli ekspozisiyalar tərəfindən cəlbedici şəkildə əks etdirilən perspektiv istiqamətlər kimi qeyd olunub. Onlarla turizm şirkəti, mehmanxana, sanatoriyanı bir araya toplayan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) regional stendləri turizm məhsullarının geniş spektrini nümayiş etdirib.

Turizm məhsulunun italyan və çex təqdimatları, “startap”ların yeni məhsulları və möhtəşəm səyahət uduşları, potensial turistlər arasında anket sorğusu, milli yaradıcılığın parlaq əsərlər toplusu, Stavropol və Türkiyə şirkətlərinin satış öncəsi cəlbedici endirimlər beynəlxalq sərgini uğurla müşayiət edib.

“AITF” sərgisi ilə eyni platformada “HOREX Caucasus-2018”) sərgisi də keçirildi. Dünya istehsalçılarının ideya, xidmət, yenilik və məhsulları mütəxəssislərdə böyük maraq doğurdu. Qəhvə və qəhvə içkilərinin ən yaxşı çeşidlərinin dequstasiyası sərgiyə həsr olunmuş və “The Specialty Coffee Association” (SCA) şirkəti tərəfindən təşkil edilən Barista çempionatı ərəfəsində əsil bayrama çevrildi. Sərginin ilk iki iş günü ərzində təcrübəli qəhvə hazırlayanlar mindən çox ətirli latte, kapuçino və espresso porsiyaları hazırladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir