Son illərin ən uğurlu təmir-bərpa işlərindən biri də Bakının mərkəzində – Azərbaycanın ən böyük ali məktəblərindən olan Texniki Universitetdə həyata keçirilib. Həm fasadda, həm də interyerdə yüksək zövqlə və keyfiyyətlə görülmüş işin ürəkaçan nəticəsini bu ali məktəbin tələbələri və professor-müəllim heyəti Azərbaycan dövlətinin təhsilimizə böyük qayğısı kimi qiymətləndirirlər.