“T.T.Ş.-İNŞAAT” MMC

office -3

“T.T.Ş.-İNŞAAT” MMC Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə azad sahibkarlığın inkişafına təkan verən çox sayda qanunlar qəbul olundu və bundan sonra istehsal və xidmət sahələrində canlanma baş verdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə iş adamlarının səmərəli fəaliyyət göstərməsinə, bütün sahələr üzrə özəl sektorun inkişafına münbit şərait yaradıldı.

«T.T.Ş.- İnşaat» MMC fəaliyyətə 1992-ci ildən eyni adlı kooperativinin yaradılması ilə başlayıb. O vaxt «T.T.Ş.- İnşaat» kooperativinin fəaliyyət dairəsi tikinti materiallarının alqı-satqısı ilə məhdudlaşırdı.

Azərbaycan iqtisadiyyatında baş verən inkişaf, sahibkarlıq mühitinin tədricən formalaşması kooperativin də inkişafını zəruri etdi və onun bazasında 1997-ci ildə «T.T.Ş.- İnşaat» Kiçik Müəssisəsi yaradıldı. İnşaat sahəsində iş təcrübəsinə malik mühəndisləri, mütəxəssisləri işə cəlb etməklə «T.T.Ş.- İnşaat»

KM tikinti sektoruna uğurla daxil oldu. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə azad sahibkarlığın sərbəst və perspektivli inkişafına göstərdiyi qayğı sayəsində bizim Kiçik Müəssisə də layiqli yer tuta bildi. Yeni tərəfdaşlıq münasibətləri qurmaq, yüksək xidmətlər göstərmək, müştərilərin tələblərini təmin etmək məqsədilə 2004-cü ildə «T.T.Ş.- İnşaat» MMC qeydiyyatdan keçirildi. Artıq «T.T.Ş.- İnşaat» MMC təkmilləşmiş təcrübəsi ilə özünün geniş maddi-texniki bazasını yaradıb.

«T.T.Ş.- İnşaat» MMC fərdi yaşayış evlərinin tikintisi, təmir-bərpa və yenidənqurma işləri, yol şəbəkəsi, su və qaz xətləri, elektrik şəbəkəsi, drenaj və kanalizasiya sistemlərinin inşası üzrə böyük təcrübə əldə edib.

Ətraflı

«T.T.Ş.-İnşaat» MMC-nin prezidenti

Qorxmaz Paşayev 1992-ci ildən «T.T.Ş.- İnşaat» kooperativinin, 1997-ci ildən «T.T.Ş.- İnşaat» KM-in, 2004-cü ildən isə «T.T.Ş.- İnşaat» MMC-nin təsisçisi və prezidentidir.

Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin sosial iqtisadi həyatında ciddi keyfiyyət dəyişiklikləri baş verib. Artıq Azərbaycanda azad bazar münasibətlərinə əsaslanan yeni sahibkarlıq şəraiti yaranıb, milli iqtisadiyyatın beynəlxalq iqtisadi sistemə inteqrasiyası güclənib. Son illər iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun və regionların iqtisadi inkişafı üçün layihələndirilmiş proqramlar uzunmüddətli perspektiv baxımından böyük əhəmiyyət əsb edir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, tikinti sektorunda da sürətli inkişaf gedir. Ölkəmizin şəhərlərində, rayonlarında, ucqar bölgələrində təmir-tikinti, abadlıq işləri geniş vüsət alıb. «T.T.Ş.- İnşaat» MMC tikinti sektorunda pay sahibi olmaqla Azərbaycanın yenidən qurulmasında yaxından iştirak edir.

«T.T.Ş.- İnşaat» ölkəmizin şəhər və rayonlarında incəsənət və mədəniyyət obyektlərinin, səhiyyə və təhsil ocaqlarının, parkların, cəbhə bölgələrində zəruri müəssisələrin tikintisinə, təmirinə, yenidənqurmasına öz töhfəsini verir, qaçqın və məcburi köçkünlərin yaşayış evləri ilə təmin olunması, yeni qəsəbələrin inşası, qaz və su xətlərinin, həmçinin elektrik şəbəkələrinin qurulması, yolların çəkilməsi və bu kimi digər sahələrdə fəaliyyət göstərir.

Müəssisə bu gün əsas sifarişçi təşkilatlar olan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, eləcə də Avropa Birliyinin, Dünya Bankının, İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf Fondunun tələb və istəyini ödədiyindən qürur duyur, əzmkarlıqla uğurlarının sayını artırır. Məqsəd tikinti sektorundakı yenilikləri əxz etməklə yeni nailiyyətlər qazanmaqdır.

«T.T.Ş.- İnşaat» MMC-nin prezidenti Qorxmaz Paşayev 1993-cü ildə Leninqrad Sellülöz Kağız Sənayesi Texnoloji İnstitutunu, 2002-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu bitirib. Q.Paşayevə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 aprel 2012-ci il Sərəncamı ilə “Tərəqqi” medalı, 9 aprel 2012-ci il Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı verilib.

İcrası davam edən layihələr