İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması uğrunda cəbhədə döyüşlər başlayan andan müxtəlif qurumlar və şirkətlər ordumuza öz dəstəklərini göstərməyə çalışırlar. Şirkətlər Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə köçürürlər, ön cəbhəyə yardımlar göndərirlər. Həmin şirkətlər sırasına “Alıbəyli Şirkəti” MMC də qoşulub. Şirkət ön cəbhədə vuruşan əsgərlərə zəruri məhsullar və ləvazimatlardan ibarət 17 500 manat məbləğində könüllü yardım göndərib.

Şirkət daim maddi və mənəvi olaraq əsgərlərimizin yanında olduğunu, dəstəyini onlardan əsirgəməyəcəklərini bildirir. Qələbə xəbərləri ilə Azərbaycan xalqını sevindirməklərini arzu edir.

Qeyd edək ki, “Alıbəyli Şirkəti” MMC fərdi yaşayış evlərinin tikintisi, təmir-bərpa və yenidənqurma işləri, yol şəbəkəsi, su və qaz xətləri, elektrik şəbəkəsi, drenaj və kanalizasiya sistemlərinin inşası işini həyata keçirir.