Son illərin ən uğurlu təmir-bərpa işlərindən biri də Bakının mərkəzində – Azərbaycanın ən böyük ali məktəblərindən olan Texniki Universitetdə həyata keçirilib. Həm fasadda, həm də interyerdə yüksək zövqlə və keyfiyyətlə görülmüş işin ürəkaçan nəticəsini bu ali məktəbin tələbələri və professor-müəllim heyəti Azərbaycan dövlətinin təhsilimizə böyük qayğısı kimi qiymətləndirirlər.

Sifarişçi: Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik

Maliyyə mənbəyi: Dövlət büdcəsi.

İşlər 2007-ci ilin dekabr ayında başlanılmış və 2008-ci ilin yanvar ayında istismara təhvil verilmişdir.

İcra olunan əsas işlər: binaların fasadının üzlük daşlarının bərpası və işıqlandırıılması.