İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 13501-1-2023 “Yanğın təhlükəsinə görə tikinti məmulatları və materiallarının təsnifatı. I hissə. Yanğın təhlükəsi sınaqlarının nəticələrinə görə tikinti məmulatlarının təsnifatı” dövlət standartı və AZS EN ISO 11925-2:2023 “Tikinti materialları – yanğına qarşı davamlılıq sınaqları – alova birbaşa məruz qaldıqda alovlanma qabiliyyəti – Fəsil 2: Tək alov mənbəyi ilə sınaq” dövlət standartları qəbul edilib.
TTshinshaat.az bu barədə Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir.
Bu standart ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti konstruksiyalarında istifadə olunan məmulat və materiallar da daxil olmaqla, yanğın təhlükəsi üzrə tikinti məmulat və materiallarının təsnifat prinsiplərini müəyyən etmək məqsədilə hazırlanıb.
Yeni dövlət standartı “Texniki Komitədə (AZSTAND/TK 10)” müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.