2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
TTSHinshaat.az Səhiyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.