«T.T.Ş-İnşaat şikəti» MMC tikinti şirkəti olaraq Vətənimizin hər güşəsində daşı daş üstünə qoyub – ev, ictimai-iaşə obyekti, mədəniyyət sarayı, idman kompleksi tikib. Bütün bunların arasında təhsil ocaqlarının tikinti və təmirinə xüsusi diqqət yetiririk. Çünki o ocaqlarda Azərbaycanın gələcək sahibləri təlim-tərbiyə alır, elm öyrənirlər. Onlardan biri də Xətai rayonunda inşa etdiyimiz 59№-li orta məktəb binasıdir.

Obyektin tikintisi Səudiyyə İnkişaf Fondunun krediti hesabına həyata keçirilmişdir.

İşlər 2005-ci ilin noyabr ayında başlanılmış və 2008-ci ilin yanvar ayında istismara təhvil verilmişdir.

İcra olunan əsas işlər: 3 mərtəbəli, 3 korpuslu məktəb binasını monolit dəmir-betondan və kubik daşından tikintisi işləri, daxili və xarici tamamlama və kommunikasiya xətlərinin çəkilişi, köhnə korpusun təmiri işləri.