Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Hörmətli KİV nümayəndələri! Əziz dostlar!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”.