Azərbaycan cari ilin yanvar-sentyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, 9 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 439,3 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 129,9 milyon dollar, Çindən isə 1 milyard 14 milyon dollar olub.