Cari ilin III rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 102,2 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 101,2 faiz, təkrar mənzil bazarı üzrə 102,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, cari ilin yanvar-sentyabr aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə mənzil bazarında qiymət indeksi 103,3 faiz, ilkin mənzil bazarında qiymət indeksi 102,7 faiz, təkrar mənzil bazarında isə 103,3 faiz olub.