Tikinti sənayesinin təməli olan sement və beton iqtisadiyyatın strateji sahələrdən birini təşkil edir, ölkənin inkişafında mühüm rol oynayır. Öz xüsusiyyətinə görə, bu, çox sərmayə tələb edən, yeni iş yerləri yaradan və mənzil, şəhər, yollar və digər infrastruktur sahələri üçün məhsul yaradır.
Əvvəllər sement və betonda əsas tələb olunan şərtlərdən biri qiymət idisə, bu gün ekoloji komponent, funksionallıq, prosesin təhlükəsizliyi və yerli xammalın istifadəsi ön plana çıxır. Bütün bu amillər istehsalatda texnoloji həllərin optimallaşdırılmasına təsir göstərir. Tikinti materiallarının istifadəsi prosesi elmi və texniki yanaşma, innovasiyalar və beynəlxalq təcrübə tələb edir. Məhz bu məsələlər “Holcim” şirkəti tərəfindən təşkil olunan görüşdə müzakirə edilib.
“Qlobal sement və tikinti materialları istehsalçısı olan “LafageHolcim”in bir hissəsi olaraq biz Azərbaycanda innovativ nailiyyətlərimizi tətbiq edirik. Potensial imkanlarımız hazırda istifadə etdiyimiz imkanlardan daha genişdir. Bizim Fransanın Lion şəhərindəki elmi araşdırmalar institutumuz müxtəlif seqmentlə və müştərilərimizin sifarişinə əsasən unikal sement və beton reseptləri (tərkibləri) hazırlamağa qadirdir. Əminəm ki, yerli alimlərin elmi potensialını və “LafargeHolcim”in beynəlxalq ekspertizasını birləşdirərək ölkənin tikinti sənayesinin inkişafına böyük töhfə verə bilərik”, – deyə şirkətin Baş direktoru Frederik Guimbal öz çıxışında qeyd edib.
Mənzil tikintisi həcminin artırılması, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye və iqtisadi potensialın inkişafı üçün imkanların açılması məsələlərini daha səmərəli həll etməyə kömək edən kəmiyyət və keyfiyyət dəyişikliklərinə ehtiyac var.
Problemlərdən danışan tədbir iştirakçıları, tədqiqat institutları və biznes şirkətləri arasında koordinasiyanın az olduğunu, elmi-tədqiqat və eksperimental laboratoriya işlərinin yetərli olmadığına diqqət çəkiblər. Həmçinin beynəlxalq standartların tətbiqi və uyğunlaşdırılması ətrafında maraqlı müzakirələr aparılıb.
Sonda iştirakçılar belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini və dialoqun faydalı olduğunu vurğulayıblar.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Fövqəladə Hallar Nazirliyi yanında Tikinti Təhlükəsizliyinə Nəzarət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri və tanınmış memar və konstruktorlar iştirak ediblər.
“Holcim Azərbaycan” 80 ölkədə 80 min işçi qüvvəsi ilə fəaliyyət göstərən “LafargeHolcim” Qrupunun üzvüdür. “LafargeHolcim” dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən çox təcrübəyə malik olan dünya liderlərindən biridir.