Azərbaycan Prezidenti İlham Əliyev “Facebook” sosial şəbəkəsində 28 May – Respublika Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.