“Regionların 2009-2013-cu illərdə sosial-iqtisadi inkisafı Dovlət Proqramı”na uygun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı islər həyata keçirilir. Belə bir böyük layihə Imisli rayonunda da həyata kecirilir.

İmişlinin su təchizatı və kanalizasiya sistemi səbəkəsi tamamilə yenidən qurulacaqdır. Həmçinin rayon mərkəzi və magistral kəmərin keçdiyi ərazidə yerləşən 6 kəndə su veriləcəkdir. Layihəyə uygun olaraq istehlakcıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün mənbə olaraq Beyləqan rayonu ərazisindəki yeraltı sular secilmisdir. Burada üç əsas subartezian quyusunda işlər başa çatdırılmış, iki ehtiyat quyunun qazılmasına isə hazırlıq görülür. Quyu zonasından İmisli şəhərinə 31 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir.
Layihəyə uyğun olaraq, İmisli şəhərinə verilən suyun keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamaq ucun müasir standartlara cavab verən laboratoriya və avtomatik idarə olunmanı təmin edən SCADA sistemi yaradılacaqdır.