Müəssisədə çalışan işçi Vətən müharibəsi zamanı şəhid olubsa, onun ailəsinə ayrılan birdəfəlik maddi yardım vergiyə cəlb edilirmi?

Dövlət Vergi Xidmətinin məlumatına görə, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdikləri maddi yardımın 20 min manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdikləri maddi yardımın 20 min manatadək olan hissəsi də gəlir vergisindən azaddır.