T.T.Ş.-İnşaatetibarlı və çevik müəssisədir

 

“T.T.Ş.-İnşaat” MMC həyata keçirdiyi tikinti-quraşdırma, bərpa-yenidənqurma işləri üzrə Azərbaycanın inkişaf etmiş, etibarlı, lider şirkətlərindəndir.

 

Məhdud Məsuliyyətli Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycandan başqa,  “T.T.Ş.-İnşaat” Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belorus və Rusiyada da müxtəlif infrastruktur layihələrində iştirak edir.

 

“T.T.Ş.-İnşaat” MMC 2008-ci ildən etibarən Azərbaycanın müxtəlif regionlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, bərpası, eləcə də sutəmizləyici qurğuların inşası layihələrini uğurla həyata keçirir.

 

“T.T.Ş.-İnşaat” MMC Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf  Bankı kimi nüguzlu maliyyə institutları tərəfindən maliyyələşən layihələrin həyata keçirilməsində böyük təcrübə qazanıb. Son illərdə “T.T.Ş.-İnşaat” MMC” Kolon Global Corporation” (Koreya), “BIOWORKS Verfahrenstechnik GmbH” (Almaniya)  və  “Ludwig Pfeiffer” (Almaniya)  kimi dünyanın nəhəng tikinti və istehsal şirkətləri ilə əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb.

 

İnşaat prosesində bədbəxt hadisələrdən qorunmaq, işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühiti Mühafizə Kodeksinə əməl edilir. “T.T.Ş.-İnşaat” MMC-nin əsas fəaliyyət istiqaməti birmərtəbəli həyət evlərinin və çoxmərtəbəli yaşayış binalarının, idman komplekslərinin, iqamətgahların inşası, eləcə də təmir-tikinti, yenidənqurma və bərpa işləri, elektrik, su, kanalizasiya, drenaj, qaz, istilik, ventilyasiya, videomüşahidə şəbəkələrinin çəkilməsindən ibarətdir. Şirkət yarandığı vaxtdan bu günədək çoxlu və müxtəlif istiqamətli sifarişləri uğurla yerinə yetirib. Qazanılmış təcrübənin və peşəkar heyətin sayəsində “T.T.Ş.-İnşaat” qəbul etdiyi sifarişləri yüksək keyfiyyət və zəmanətlə təhvil verib.

 

Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərir. Gəncə, Bərdə, Şamaxı, İmişli, Beyləqan, Ağdam, Ağcabədi və digər şəhərlərdə tikinti-quraşdırma, su-kanalizasiya qovşaqlarının tikintisini həyata keçirir. Bu zaman tikinti-quraşdırma işlərinə 1500-dən artıq sıravi işçi və mütəxəssis cəlb olunur. Həmin heyətin hər bir üzvü – mühəndislər, layihələndircilər, iş icraçıları öz sahələri üzrə geniş biliyə və çoxillik təcrübəyə malikdir. Keyfiyyətli nəticə əldə etməkdən ötrü müasir texnologiyadan, sınanmış üsullardan istifadə olunur.  “T.T.Ş.-İnşaat” MMC-nin əsas məqsədi respublika hüdudlarını aşan, beynəlxalq səviyyədə rəqabətədavamlı müəssisəyə çevrilməkdir.