Azərbaycan Respublikasının Silahlı Qüvvələri 30 ilə yaxındır ki, təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda mübarizə aparır. Sentyabrın 27-dən etibarən cəbhədə vəziyyətin gərignləşməsi səbəbindən tutduğu vəzifədən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, Azərbaycan Respublikasının hər bir vətəndaşı silahlı qüvvələrimizə haqlı mübarizədə öz dəstəyini ifadə edir.
Sosial məsuliyyət öhdəliyi Azərbaycanın firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq olan, hər zaman həyata keçirdiyi tikinti-quraşdırma, bərpa-yenidənqurma işləri üzrə Azərbaycanın inkişaf etmiş, etibarlı, lider şirkətlərindən sayılan “T.T.Ş.-İnşaat” MMC Silahlı Qüvvələr Fonduna 25 min manat vəsait köçürüb.
Bu çətin və şərəfli yolda vətənin hər qarış torpağı üçün mübarizə aparacaqlarını bildirən şirkət əməkdaşları hər zaman Ali baş komandan, Prezident İlham Əliyevin yanında olduqlarını vurğulayıblar.
Qarabağ Azərbaycandır!