Qorxmaz Paşayev 1992-ci ildən «Alıbəyli» kooperativinin, 1997-ci ildən «Alıbəyli» KM-nin, 2004-cü ildən isə “Alıbəyli Şirkəti” MMC və «T.T.Ş.- İnşaat» MMC-nin təsisçisi və prezidentidir.

 

Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin sosial iqtisadi həyatında ciddi keyfiyyət dəyişiklikləri baş verib. Artıq Azərbaycanda azad bazar münasibətlərinə əsaslanan yeni sahibkarlıq şəraiti yaranıb, milli iqtisadiyyatın beynəlxalq iqtisadi sistemə inteqrasiyası güclənib. Son illər iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun və regionların iqtisadi inkişafı üçün layihələndirilmiş proqramlar uzunmüddətli perspektiv baxımından böyük əhəmiyyət əsb edir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, tikinti sektorunda da sürətli inkişaf gedir. Ölkəmizin şəhərlərində, rayonlarında, ucqar bölgələrində təmir-tikinti, abadlıq işləri geniş vüsət alıb. «T.T.Ş.- İnşaat» MMC tikinti sektorunda pay sahibi olmaqla Azərbaycanın yenidən qurulmasında yaxından iştirak edir.

 

«T.T.Ş.- İnşaat» ölkəmizin şəhər və rayonlarında incəsənət və mədəniyyət obyektlərinin, səhiyyə və təhsil ocaqlarının, parkların, cəbhə bölgələrində zəruri müəssisələrin tikintisinə, təmirinə, yenidənqurmasına öz töhfəsini verir, qaçqın və məcburi köçkünlərin yaşayış evləri ilə təmin olunması, yeni qəsəbələrin inşası, qaz və su xətlərinin, həmçinin elektrik şəbəkələrinin qurulması, yolların çəkilməsi və bu kimi digər sahələrdə fəaliyyət göstərir.

 

Müəssisə bu gün əsas sifarişçi təşkilatlar olan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, eləcə də Avropa Birliyinin, Dünya Bankının, İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf Fondunun tələb və istəyini ödədiyindən qürur duyur, əzmkarlıqla uğurlarının sayını artırır. Məqsəd tikinti sektorundakı yenilikləri əxz etməklə yeni nailiyyətlər qazanmaqdır.

 

«T.T.Ş.- İnşaat» MMC-nin prezidenti Qorxmaz Paşayev 1993-cü ildə Leninqrad Sellülöz Kağız Sənayesi Texnoloji İnstitutunu, 2002-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu bitirib. Q.Paşayevə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 aprel 2012-ci il Sərəncamı ilə “Tərəqqi” medalı, 9 aprel 2015-ci il Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı verilib.